Azərbaycanda ən çox istifadə olunan internet-brauzerlərinbazar payının SİYAHISI

Azərbaycanda ən çox istifadə olunan internet-brauzerlərinbazar payının SİYAHISI

IKT
311

2026-cı ilin yanvar ayında "Google Chrome" internet-brauzeri Azərbaycan istifadəçiləri arasında populyarlıq baxımından liderliyini qoruyub.

Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, brauzerin yerli bazardakı payı əvvəlki aya nisbətən 1,17 faiz bəndi artaraq 85,96% olub.

Hesabat dövründə digər internet-brauzerlərin bazar payı isə belə olub:

  • Safari – 5,85% (1,09 faiz bəndi azalma)
  • Samsung Browser – 2,16% (0,02 faiz bəndi azalma)
  • Opera – 1,82% (0,06 faiz bəndi azalma)
  • Edge – 1,05% (0,72 faiz bəndi azalma)
  • Yandex Browser – 1,13% (0,14 faiz bəndi azalma)
  • Mozilla Firefox – 1,33% (0,52 faiz bəndi artım, dekabr 2025 ilə müqayisədə)

Beləliklə, Google Chrome bazardakı üstün mövqeyini qoruyaraq, Azərbaycan istifadəçiləri arasında ən çox seçilən brauzer olaraq qalır.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda ən çox istifadə olunan internet-brauzerlərinbazar payının SİYAHISI — Fins.az — Fins.az