Azərbaycanda axtarış sistemlərinin bazar payı açıqlanıb - SİYAHI
2026-cı ilin fevral ayında Google Azərbaycanın ən populyar axtarış sistemi olaraq lider mövqeyini qoruyub saxlayıb. Platformanın bazar payı 70,46 faiz təşkil edib.
Fins.az Global Stats Statistik Mərkəzinin məlumatlarına əsasən xəbər verir ki, Google-un bazar payı yanvar ayı ilə müqayisədə 15,44 faiz bəndi azalıb.
Hesabat dövründə Yandex axtarış sisteminin Azərbaycan seqmentində bazar payı 3 faiz bəndi azalaraq 9,52 faizə düşüb.
Eyni zamanda, fevral ayında Microsoft Bing platformasında artım qeydə alınıb. Belə ki, Bing-in bazar payı 18,43 faiz bəndi artaraq 19,49 faizə yüksəlib.
Bundan başqa, Yahoo Search axtarış sisteminin bazar payı da cüzi artaraq 0,19 faizə çatıb. Bu göstərici əvvəlki ayla müqayisədə 0,05 faiz bəndi çoxdur.
Fuad Mədətov
Fins.az