Azərbaycan bazarında Windows-un payı artıb, Android-in payı azalıb

Azərbaycan bazarında Windows-un payı artıb, Android-in payı azalıb

IKT
347

Bu ilin aprel ayında Azərbaycanda “Android” əməliyyat sisteminin bazar payı azalma ilə müşahidə olunub.

Fins.az xəbər verir ki, bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verilib.

Məlumata əsasən, “Android” əməliyyat sisteminin Azərbaycan bazarındakı payı ötən ayla müqayisədə 1,6 faiz bəndi azalaraq 36,32% təşkil edib.

Hesabat dövründə ən populyar ikinci əməliyyat sistemi “Microsoft Windows” olub. Sistemin bazar payı fevral ayı ilə müqayisədə 2,7 faiz bəndi artaraq 29,03% təşkil edib.

Üçüncü yerdə “iOS” qərarlaşıb. Bu əməliyyat sisteminin bazar payı 18% təşkil edib və ötən ayla müqayisədə 0,62 faiz bəndi azalma qeydə alınıb.

Digər əməliyyat sistemlərinin Azərbaycan bazarındakı ümumi payı isə 16,65% səviyyəsində olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan bazarında Windows-un payı artıb, Android-in payı azalıb — Fins.az — Fins.az