Argentinanın kənd təsərrüfatı sektoru ixrac vergilərinin artmasına qarşıdır

Argentinanın kənd təsərrüfatı sektoru ixrac vergilərinin artmasına qarşıdır

IKT
659

Argentinanın əsas aqrobiznes qrupları ölkə hökumətinin kənd təsərrüfatı məhsullarına ixrac vergilərini artırmaq planlarına qarşı çıxmağa hazırlaşır.

Fins.az xəbər verir ki, ölkə hökumətinin yeni tərkibi artıq Argentina Konqresinə iqtisadi islahatlar paketini, o cümlədən əsas taxıl məhsullarına ixrac vergilərinin artırılması təklifini göndərib ki, bu da kənd təsərrüfatı sektorunda mənfi reaksiyaya səbəb olub.

Argentinanın Kənd Təsərrüfatı Şurası (CAA) qanunvericiləri "yanlış qərar" barədə xəbərdar edəcəyini və bu tədbirin yeni hökumətin məşğulluğu, istehsalı və ixracı artırmaq vədlərinə zidd olduğunu söylədi.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Argentinanın kənd təsərrüfatı sektoru ixrac vergilərinin artmasına qarşıdır — Fins.az — Fins.az