AQTA-nın 100-ə yaxın əməkdaşı işdən çıxarılıb

AQTA-nın 100-ə yaxın əməkdaşı işdən çıxarılıb

IKT
1,261

"İl yarım ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.

Fins.az xəbər verir ki, bunu Agentliyin sədri Qorxmaz Təhməzli deyib.

Onun sözlərinə görə, həmin şəxslər AQTA fəaliyyətə başlaydığı gündən bu vaxta qədər işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunublar: "Neqativ hallarla bağlı Agentlik Baş Prokurorluğa müraciət edib. Üç əməkdaşımız isə qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər. Bundan sonra da işində nöqsanlara yol verən şəxslər qanunda nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar".

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AQTA-nın 100-ə yaxın əməkdaşı işdən çıxarılıb — Fins.az — Fins.az