AI Azerbaijan Olimpiadası 2026: qeydiyyat başladı

AI Azerbaijan Olimpiadası 2026: qeydiyyat başladı

IKT
703

Fins.az - Global Olympiad Center tərəfindən təsis edilmiş AI Azerbaijan Süni İntellekt Olimpiadası 14 mart 2026-cı il tarixində Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Naxçıvan şəhərlərində təşkil olunacaq. Olimpiada süni intellekt sahəsinə marağı və istedadı olan şagirdlər üçün ölkə üzrə seçim mərhələsi həyata keçiriləcək. Qeydiyyat prosesi 13 mart saat 12:00-dək goc.edu.az saytı üzərindən aparılacaq

AI Azerbaijan Süni İntellekt Olimpiadası iki əsas kateqoriya üzrə təşkil edilir.. 5–8-ci sinif şagirdləri Junior Division, 9–11-ci sinif şagirdləri isə Senior Division kateqoriyasında iştirak edirlər.. Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdə şagirdlər riyaziyyat və məntiq üzrə suallara cavab verəcək, ikinci mərhələdə isə süni intellekt sahəsi üzrə nəzəri və praktik tapşırıqları yerinə yetirəcəkdir.. Bu mərhələdə iştirakçıların analitik düşünmə qabiliyyəti, problem həll etmə bacarığı və texnoloji savadlılığı qiymətləndiriləcək.

Ən yüksək nəticə göstərmiş 10 şagird 2026-cı ildə Əbu-Dabidə təşkil olunacaq International Olympiad in Artificial Intelligence (IOAI) final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Qeyd edək ki, beynəlxalq final mərhələsində 109 ölkə iştirak edəcək, və bu platforma qlobal miqyasda süni intellekt sahəsində ən nüfuzlu akademik yarışlardan biri hesab edillir.

Global Olympiad Center bu təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti tərəfindən gənclər arasında müasir texnologiyalara marağın artırılması ilə bağlı müəyyən edilmiş prioritet istiqamətlərə uyğun şəkildə həyata keçirilir. Layihə çərçivəsində süni intellektin yeni dövrün əsas alətlərindən biri kimi şagirdlərə tanıdılması, potensiallı kadrların aşkarlanması və istedadların müəyyən edilməsi məqsədi güdülmüşdür. Qeyd edilmişdir ki, AI Azerbaijan Süni İntellekt Olimpiadası tam ödənişsiz şəkildə keçirilir.

AI Azerbaijan Süni İntellekt Olimpiadası ölkəmizdə rəqəmsal savadlılığın artırılması, innovativ düşüncə tərzinin formalaşdırılması və gələcək texnologiya liderlərinin yetişdirilməsi istiqamətində mühüm addım kimi icra olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AI Azerbaijan Olimpiadası 2026: qeydiyyat başladı — Fins.az — Fins.az