ABŞ və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığı genişləndirir

ABŞ və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığı genişləndirir

IKT
145

Azərbaycanın rəqəmsal infrastrukturunun modernləşdirilməsi üzrə yol müəyyən edilib.

Fins.az xəbər verir ki, ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Birinci ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində təşkil olunan mətbuat brifinqində Azərbaycanın rəqəmsal infrastrukturunun modernləşdirilməsi və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində əməkdaşlıq məsələlərindən danışıb.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının yaratdığı geniş iqtisadi imkanlar nəzərə alınaraq Azərbaycanın rəqəmsal infrastrukturunun modernləşdirilməsi və kibertəhlükəsizlik baxımından daha dayanıqlı hala gətirilməsi üçün konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Kaleb Orr bildirib ki, bu yanaşma Amerika mənşəli süni intellekt texnologiyalarının Azərbaycanda daha geniş tətbiqinə şərait yaradacaq və rəqəmsal transformasiya prosesini sürətləndirəcək.

ABŞ rəsmisi həmçinin qeyd edib ki, dialoq çərçivəsində enerji sektorunda əməkdaşlığın inkişafı və bir gün əvvəl imzalanmış kritik minerallar üzrə çərçivə sazişinin icrası ilə bağlı məsələlər də müzakirə olunub.

Onun sözlərinə görə, tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən edilmiş layihə və təşəbbüslərin reallaşdırılmasında maraqlıdırlar.

Kaleb Orr vurğulayıb ki, Birinci ABŞ-Azərbaycan İqtisadi Dialoqu zamanı müzakirə olunan planların həyata keçirilməsi və ikitərəfli iqtisadi münasibətlərin daha da gücləndirilməsi üçün yeni imkanların yaranacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığı genişləndirir — Fins.az — Fins.az