Zelenski Rusiyadakı neft obyektinə zərbə barədə məlumat verib

Zelenski Rusiyadakı neft obyektinə zərbə barədə məlumat verib

DÜNYA
236

Volodimir Zelenski Rusiyanın Yaroslavl bölgəsində yerləşən neft obyektinə endirilən zərbə ilə bağlı açıqlama verib.

Fins.az - xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti gecə saatlarında Yaroslavl vilayətində, Ukrayna sərhədindən 700 kilometrdən çox uzaqda yerləşən neft obyektini hədəfə alıb.

Məlumata görə, Prezident bildirib ki, zərbə nəticəsində Rusiya dövlət ehtiyatları üçün mühüm əhəmiyyət daşıyan obyektə ziyan dəyib.

Hadisə ilə bağlı əlavə detallara dair rəsmi məlumatlar açıqlanmayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zelenski Rusiyadakı neft obyektinə zərbə barədə məlumat verib — Fins.az — Fins.az