Yunanıstanda meşə yanğını səbəbindən üç yaşayış məntəqəsi təxliyə edilir

Yunanıstanda meşə yanğını səbəbindən üç yaşayış məntəqəsi təxliyə edilir

DÜNYA
256

Fins.az - Yunanıstanın ikinci ən böyük şəhəri olan Thessaloniki yaxınlığında baş verən meşə yanğını səbəbindən üç kiçik yaşayış məntəqəsinin sakinlərinin təxliyəsinə başlanılıb.

Məlumata görə, yaşayış evlərinə ziyan dəyməsə də, bir neçə müəssisəyə zərər dəyib.

Yanğınla əlaqədar xüsusi qayğıya ehtiyacı olan 157 nəfər təhlükəsiz əraziyə köçürülüb. Daha 120 sakin idman zalında yerləşdirilib, digər şəxslər isə psixiatriya xəstəxanasına sığınıblar.

Yanğının söndürülməsi və ərazidə təhlükəsizliyin təmin olunması istiqamətində işlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yunanıstanda meşə yanğını səbəbindən üç yaşayış məntəqəsi təxliyə edilir — Fins.az — Fins.az