Yaxın Şərqin suveren fondları SpaceX səhmlərinə milyardlarla dollar yatırmağa hazırlaşır

Yaxın Şərqin suveren fondları SpaceX səhmlərinə milyardlarla dollar yatırmağa hazırlaşır

DÜNYA
161

Fins.az - Fars körfəzi ölkələrinin suveren investisiya fondları aerokosmik şirkət SpaceX-in ilkin kütləvi səhm təklifi çərçivəsində milyardlarla dollar dəyərində səhm almağa maraq göstəriblər.

Məlumata görə, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu və Küveyt İnvestisiya Təşkilatı 1 milyard ABŞ dollarından 5 milyard ABŞ dollarınadək həcmdə səhm almaq üçün sifariş yerləşdiriblər.

Bildirilib ki, Qətər İnvestisiya Təşkilatının da SpaceX-in səhmlərinin alınması üçün iri həcmli sifariş verməsi ehtimal olunur.

Mütəxəssislərin fikrincə, bu maraq şirkətin kosmik texnologiyalar sahəsindəki mövqeyi və gələcək inkişaf perspektivləri ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaxın Şərqin suveren fondları SpaceX səhmlərinə milyardlarla dollar yatırmağa hazırlaşır — Fins.az — Fins.az