Yaxın Şərqdə eskalasiya Böyük Britaniyada ipoteka xərclərini artırıb

Yaxın Şərqdə eskalasiya Böyük Britaniyada ipoteka xərclərini artırıb

DÜNYA
293

Fins.az - Böyük Britaniyada ipoteka kreditlərinin dəyəri qısa müddətdə nəzərəçarpacaq dərəcədə artıb. Yaxın Şərqdə baş verən eskalasiya fonunda tipik ipoteka kreditinin illik xərci cəmi iki həftə ərzində 788 funt sterlinq yüksəlib. Bu artım 25 il müddətinə götürülən və 250 min funt məbləğində olan kreditlərə aiddir.

Hazırda bu kreditlər üzrə orta ikiillik sabit faiz dərəcəsi 5,28 faiz təşkil edir. “Moneyfacts” maliyyə xidmətinin məlumatına görə, ABŞ və İsrailin fevralın sonunda İrana zərbələrindən sonra banklar faiz dərəcələrini artırıb və daha sərfəli ipoteka təkliflərini bazardan çıxarıblar.

Bir sıra iri kredit təşkilatları 4 faizdən aşağı ipoteka paketlərini dayandırsa da, mütəxəssislər bildirirlər ki, bazardakı qeyri-müəyyənliyə baxmayaraq, borcalanlar əvvəlcədən planlama aparmaqla uyğun kredit variantları tapa bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaxın Şərqdə eskalasiya Böyük Britaniyada ipoteka xərclərini artırıb — Fins.az — Fins.az