Yaponiyanın baş naziri Sanae Takaiçi ictimaiyyətlə daha çox sosial şəbəkələr vasitəsilə əlaqə qurur

Yaponiyanın baş naziri Sanae Takaiçi ictimaiyyətlə daha çox sosial şəbəkələr vasitəsilə əlaqə qurur

DÜNYA
353

Fins.az - Yaponiyanın baş naziri Sanae Takaiçi ictimaiyyətə mesajlarını və siyasi baxışlarını əsasən sosial şəbəkələr vasitəsilə çatdırmağa üstünlük verir.

Kyodo agentliyinin məlumatına görə, o, vəzifəyə başladığı son 5 ay ərzində mətbuatla 34 dəfə görüş keçirib. Müqayisə üçün, əvvəlki baş nazirlər bu müddətdə daha çox media çıxışı ediblər: Sigeru İsiba 57, Fumio Kişida 90, Yoşihide Suga 50, Sindzo Abe isə 44 dəfə jurnalistlərə açıqlama verib.

Eyni zamanda, Takaiçi “X” sosial şəbəkəsində aktivliyi ilə seçilir. O, 5 ay ərzində təxminən 370 paylaşım edərək gündə orta hesabla 2 post yayımlayıb.

Mənbələrə görə, baş nazir bu üsulu ictimaiyyətlə birbaşa və operativ kommunikasiya vasitəsi kimi istifadə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiyanın baş naziri Sanae Takaiçi ictimaiyyətlə daha çox sosial şəbəkələr vasitəsilə əlaqə qurur — Fins.az — Fins.az