
Yaponiyada iki tayfun səbəbindən güclü yağışlar gözlənilir
Fins.az - Yaponiyada Sakit okean sahillərinə doğru hərəkət edən iki tayfun səbəbindən güclü yağışlar və əlverişsiz hava şəraiti proqnozlaşdırılır.
Meteoroloqlar ölkənin cənub-qərb və şərq bölgələrində intensiv yağıntıların müşahidə olunacağını bildirirlər.
Dəmir yolu operatoru JR Central məlumat verib ki, “Mekxala” tayfununun yaxınlaşması ilə əlaqədar şənbə günündən etibarən Tokio ilə Osaka arasında bəzi qatar reysləri ləğv edilə və ya gecikə bilər.
Məlumatlara görə, təhlükəsizlik məqsədilə Toyota və Nissan şirkətlərinin bəzi istehsal müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması da planlaşdırılır.