Yaponiyada genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparılır

Yaponiyada genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparılır

DÜNYA
256

Fins.az - Yaponiyada genişmiqyaslı meşə yanğınlarının söndürülməsi istiqamətində böyük əməliyyat aparılır.

Məlumata görə, ölkənin şimalında baş verən yanğınlarla mübarizəyə 1 400 yanğınsöndürən və 100 hərbçi cəlb olunub.

İvate prefekturasının Otsuchi şəhəri ərazisində beş gündür davam edən yanğınlar sahilyanı yaşayış məntəqələrinə də təhlükə yaradır.

26 aprel səhərinə olan məlumata əsasən, alov 1 373 hektar ərazini əhatə edib və bir sutka ərzində yanğın sahəsi təxminən 7 faiz artıb.

Hakimiyyət orqanlarının qərarı ilə 1 541 ev təsərrüfatından 3 233 nəfər təxliyə edilib. Bu, Otsuchi əhalisinin təxminən üçdə birini təşkil edir.

Şəhər meri Kozo Hiraonun sözlərinə görə, quru hava və güclü külək yanğınsöndürmə işlərini çətinləşdirir. Səfərbərlik Qüvvələri helikopterlər vasitəsilə havadan su tökmə əməliyyatları həyata keçirsə də, alovun yayılmasının qarşısını almaq hələlik mümkün olmayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiyada genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparılır — Fins.az — Fins.az