Yaponiyada doğuş sayı rekord minimuma enib

Yaponiyada doğuş sayı rekord minimuma enib

DÜNYA
204

Fins.az - Yaponiyada ötən il doğulan körpələrin sayı tarixdə ən aşağı səviyyəyə düşüb.

Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə 671 min uşaq dünyaya gəlib. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 15 min nəfər azdır.

Beləliklə, doğuşların sayı artıq ardıcıl onuncu ildir ki, azalır.

Rəsmi statistikaya əsasən, 2025-ci ilin nəticəsi 1899-cu ildə doğum göstəricilərinin qeydiyyatına başlanıldıqdan bəri qeydə alınmış ən aşağı rəqəmdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiyada doğuş sayı rekord minimuma enib — Fins.az — Fins.az