Yaponiyada ayı səbəbindən 94 məktəbdə dərslər dayandırılıb

Yaponiyada ayı səbəbindən 94 məktəbdə dərslər dayandırılıb

DÜNYA
190

Fins.az - Yaponiyanın Utsunomiya şəhərində küçələrdə ayının görünməsi səbəbindən 94 ibtidai və orta məktəbdə dərslər müvəqqəti dayandırılıb.

Məlumata görə, qərar şəhər bələdiyyəsi tərəfindən təhlükəsizlik məqsədilə qəbul edilib.

Hadisə Tokionun təxminən 100 kilometr şimalında yerləşən və yarım milyon əhalisi olan şəhərdə baş verib.

Ayı ilk dəfə iyunun 6-da park yaxınlığında yaşayış məntəqəsində görünüb, iyunun 8-də isə orta məktəblərdən birinin yaxınlığında yenidən peyda olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiyada ayı səbəbindən 94 məktəbdə dərslər dayandırılıb — Fins.az — Fins.az