
Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib
Fins.az - Yaponiyanın paytaxtı Tokio yaxınlığında yerləşən İbarakı prefekturasıdə 5,5 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Qunma prefekturası və Saytama prefekturasıda da hiss olunub.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin episentri yer səthindən 50 kilometr dərinlikdə yerləşib və sunami riski qeydə alınmayıb.