Yaponiya vizası almaq çətinləşib: sənəd yoxlamaları sərtləşdirilib

Yaponiya vizası almaq çətinləşib: sənəd yoxlamaları sərtləşdirilib

DÜNYA
441

Fins.az - Yaponiya vizalarının verilməsi prosesi sərtləşdirilib və bu, sənədlərin yoxlanılma müddətinin uzanmasına səbəb olub. Bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, əvvəlki dövrdə daha sadə və sürətli olan prosedur yeni açılmış viza mərkəzinin tətbiq etdiyi qaydalar səbəbindən daha ciddi nəzarət altına alınıb.

Turizm şirkətlərinin məlumatına görə, artıq sənədlər çox daha detallı şəkildə yoxlanılır. Məsələn, ailəvi səfərlər zamanı hər bir iştirakçı digər ailə üzvlərinin maliyyə və şəxsi sənədlərinin tam surətlərini də təqdim etməlidir. Bundan əlavə, qohumluq əlaqələrini təsdiqləyən sənədlər də tələb olunur.

Yeni qaydalar nəticəsində viza almaq prosesi daha uzun çəkir və turistlər üçün əlavə çətinliklər yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiya vizası almaq çətinləşib: sənəd yoxlamaları sərtləşdirilib — Fins.az — Fins.az