
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Fins.az - Yaponiyanın Honsyu adasının şimal-şərq sahilləri yaxınlığında, Sakit okeanda 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Operativ məlumata əsasən, zəlzələnin episentri Aomori prefekturasının Hatinohe şəhərindən 24 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələ ilə bağlı dağıntılar, xəsarət alanlar və ya sunami təhlükəsi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.