Yaponiya millisi Tunisi böyük hesabla məğlub edib

Yaponiya millisi Tunisi böyük hesabla məğlub edib

DÜNYA
210

Fins.az - Yaponiya millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Tunis millisini 4:0 hesabı ilə məğlub edib.

Meksikanın Qvadalupe şəhərində keçirilən qarşılaşmada qolları Daiçi Kamada (4-cü dəqiqə), Ayase Ueda (31 və 83-cü dəqiqələr) və Cunya İto (69-cu dəqiqə) vurublar.

Bu nəticədən sonra F qrupunda Yaponiya və Niderland millilərinin hərəsinin 4 xalı var. İsveç millisi 3 xalla növbəti pillədə qərarlaşıb.

Tunis millisi isə iki oyundan sonra xal qazana bilməyib və pley-off mərhələsinə yüksəlmək şansını rəsmən itirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiya millisi Tunisi böyük hesabla məğlub edib — Fins.az — Fins.az