
Yaponiya 8 fevralda növbədənkənar seçki keçirəcək
Fins.az - Yaponiyada hakim Liberal Demokrat Partiyasının lideri Sanae Takaichi parlamenti buraxaraq 8 fevral tarixində növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb. O, seçkilərə qədər baş nazir kimi fəaliyyətini davam etdirməyi planlaşdırır. Takaichi parlamentin aşağı palatasında 237 səs toplayaraq çoxluğu əldə edib və istefa verən keçmiş baş nazir Shigeru Ishibanı əvəz edib.