
Yanacaq böhranı Avropada maliyyə təzyiqlərini artırır
Fins.az - Dünya enerji bazarında neftin qiyməti yenidən artaraq 110 dollara yaxınlaşıb. Qiymət artımı Avropa və ABŞ-də benzinin və digər neft məhsullarının bahalaşmasına səbəb olub.
Məlumata görə, London birjasında “Brent” markalı neftin qiyməti 2,75 faiz artaraq 109,52 dollar, Nyu-York birjasında WTI markalı neft isə 2,1 faiz artaraq 97,52 dollar olub. Azərbaycanın “Azeri Light” markalı neftinin bir bareli isə 113,85 dollara satılıb.
Beynəlxalq analitiklər qeyd edirlər ki, enerji qiymətlərinin yüksəlməsi Avropa ölkələrinin maliyyə resurslarına əlavə təzyiq göstərir və inflyasiya riskini artırır.
Eyni zamanda ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı gərginlik də bazara təsir edir. ABŞ Prezidenti Donald Trampın İranın təkliflərini qəbul etməməsi regiondakı qeyri-müəyyənliyi daha da artırıb. “The New York Times” yazır ki, Vaşinqtonun əsas məqsədi İranın nüvə proqramının tam dayandırılmasıdır və bu mövqedə dəyişiklik gözlənilmir.