Waymo güclü yağışlarla bağlı 3,8 min robotaksini geri çağırır

Waymo güclü yağışlarla bağlı 3,8 min robotaksini geri çağırır

DÜNYA
274

Fins.az - Waymo ABŞ-də təxminən 3,8 min robotaksini geri çağırmaq qərarı verib.

Məlumata görə, problem güclü yağış zamanı avtomobillərin su basmış küçələrə yüksək sürətlə daxil ola bilməsi riski ilə bağlıdır. Hadisələrdən biri aprelin sonunda San Antonio şəhərində qeydə alınıb. Güclü leysan zamanı Waymo avtomobili adi sürətlə su ilə örtülmüş küçəyə daxil olub. Hadisə zamanı avtomobildə sərnişin olmayıb və xəsarət alan qeydə alınmayıb.

National Highway Traffic Safety Administration məsələ ilə bağlı məlumat yayıb.

Şirkət hazırda problemin həlli üzərində çalışır. Bu müddətdə isə xəritə sistemlərini yeniləyib və pis hava şəraitində fəaliyyət üçün daha sərt məhdudiyyətlər tətbiq edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Waymo güclü yağışlarla bağlı 3,8 min robotaksini geri çağırır — Fins.az — Fins.az