
Vyetnamda turist qayığının aşması nəticəsində 15 nəfər ölüb
Fins.az - Vyetnamın cənubunda, Fukuok adası yaxınlığında turist qayığının aşması nəticəsində 15 nəfər həlak olub.
Məlumata görə, qayıqda 32 hindistanlı turist və 4 heyət üzvü olub. Hadisə qayıq limandan ayrıldıqdan qısa müddət sonra baş verib.
İlkin məlumata əsasən, gəmi naməlum səbəbdən aşıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.