
Voronçixina Paralimpiada-2026-da Rusiyaya ilk qızıl medalı qazandırdı
Fins.az - Rusiyalı dağ xizəkçisi Varvara Voronçixina İtaliyada keçirilən 2026 Qış Paralimpiya Oyunları çərçivəsində super-G (supergiant) yarışında qızıl medal qazanıb.
O, ayaqüstə çıxış edən qadınlar kateqoriyasında qalib olub. İdmançının nəticəsi 1:15.60 təşkil edib.
Bu, Rusiya idmançıları üçün Paralimpiada-2026-da ilk qızıl medal olub.
Bundan əvvəl Voronçixina bu oyunlarda sürətli eniş növündə bürünc medal qazanmışdı.
Rusiya idmançıları Paralimpiada-2026-da Rusiya Federasiyasının bayrağı və himni altında çıxış edirlər.