Vladivostokda qəza 29 mindən çox sakini işıqsız qoyub

Vladivostokda qəza 29 mindən çox sakini işıqsız qoyub

DÜNYA
155

Fins.az - Rusiyanın Vladivostok şəhərində baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin (MÇS) Baş İdarəsinin məlumatına görə, şənbə günü saat 07:05-də böhran vəziyyətlərinin idarəetmə mərkəzinə qəza ilə bağlı məlumat daxil olub.

Hazırda şəhərdə 105 çoxmənzilli yaşayış binası elektriksiz qalıb. Bu binalarda ümumilikdə 29 mindən çox sakin yaşayır.

Qəzanın səbəblərinin aradan qaldırılması və elektrik təchizatının bərpası istiqamətində təmir-bərpa işləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vladivostokda qəza 29 mindən çox sakini işıqsız qoyub — Fins.az — Fins.az