
Vladikavkaz və Qroznı hava limanları fəaliyyətini bərpa edib
Fins.az - Rusiya ərazisində Vladikavkaz və Qroznı hava limanları yenidən uçuşların qəbuluna və yola salınmasına başlayıb.
Hər iki aeroport daha əvvəl Rostov-na-Donuda “Cənubi Rusiya Aeronaviqasiya” filialının binasına pilotsuz uçuş aparatının düşməsi səbəbilə müvəqqəti olaraq fəaliyyətini dayandıran 13 hava limanı sırasında idi.
Rəsmi məlumatlara görə, günün 15:00-dan sonra Rusiyanın cənub regionlarında tətbiq olunan uçuş məhdudiyyətləri aradan qaldırılıb.
Rosaviatsiya Qroznı hava limanında uçuşların qəbul və göndərilməsinə qoyulan məhdudiyyətlərin götürüldüyünü təsdiqləyib.
Eyni zamanda Şimali Osetiya rəhbərliyi Vladikavkaz hava limanında tətbiq edilən “Xalça rejimi”nin ləğv olunduğunu və hava limanının tam fəaliyyətə başladığını bildirib.