Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib

Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib

DÜNYA
148

Fins.az - Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 4 min 118 nəfərə çatıb.

Ölkənin Milli Assambleyasının sədri Xorxe Rodrigezin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 16 min 740 nəfər xəsarət alıb, 17 min 907 nəfər isə evsiz qalıb.

Rəsmi məlumatda qeyd olunub ki, zəlzələ nəticəsində 190 bina tamamilə dağılıb, 856 bina ciddi zərər görüb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 min 462 nəfər xilas edilib, 29 min 966 nəfər isə xəstəxana və digər tibb müəssisələrində müalicə alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Venesuelada zəlzələ qurbanlarının sayı 4 mini keçib — Fins.az — Fins.az