
Venesuelada zəlzələ qurbanlarının sayı 164 nəfərə çatıb
Fins.az - Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 164 nəfərə yüksəlib.
Bu barədə ölkənin müvəqqəti prezidenti Delsi Rodriges məlumat verib. Onun sözlərinə görə, bu rəqəmlər hələ yekun deyil.
Məlumata əsasən, indiyədək 971 nəfərin xəsarət aldığı təsdiqlənib. Əvvəlki məlumatlarda 32 nəfərin öldüyü və 700 nəfərin yaralandığı bildirilirdi.
Xilasetmə xidmətləri dağıntılar altında qalan insanların axtarışını davam etdirir. Ölkənin müxtəlif bölgələrində çoxsaylı binaların uçduğu qeyd olunur.
Mütəxəssislər axtarış-xilasetmə əməliyyatları başa çatdıqdan sonra qurbanların və yaralananların sayının daha da arta biləcəyini istisna etmirlər.