Vaşinqton İsraili Livana genişmiqyaslı işğaldan çəkindirdi

Vaşinqton İsraili Livana genişmiqyaslı işğaldan çəkindirdi

DÜNYA
236

İsrailin şiə radikal "Hizbullah" hərəkatına qarşı planlaşdırdığı iri hərbi əməliyyat ABŞ hakimiyyətinin təzyiqi ilə məhdudlaşıb. Bu barədə NBC News adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb.

Finss.az xəbər verir ki, mənbəyə görə, İsrail ordusu Livana geniş miqyaslı müdaxilə etməli idi. Bununla belə, həftə sonu Amerika rəsmiləri İsrail hökumət rəsmiləri ilə uzun-uzadı danışıqlar aparıb və onlar İsraili yalnız yerli əməliyyat keçirməyə çağırıblar. Bu baxımdan İsrail hərbçiləri əməliyyatın miqyasını və müddətini azaltmağa, Hizbullahın silah və anbarlarının məhv edilməsi ilə məhdudlaşmağa məcbur olub.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vaşinqton İsraili Livana genişmiqyaslı işğaldan çəkindirdi — Fins.az — Fins.az