
Vanuatu sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
Fins.az - Vanuatu sahillərində, Mərcan dənizi akvatoriyasında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Port Viladan təxminən 63 kilometr cənub-qərbdə, Efate adası yaxınlığında yerləşib.
United States Geological Survey zəlzələnin maqnitudasını 5,8 olaraq təsdiqləyib və ocağın 37,4 kilometr dərinlikdə yerləşdiyini bildirib.
Seysmoloqlar episentrdəki təkanların intensivliyini “dağıdıcı” səviyyədə qiymətləndiriblər.