
Vahid Ələkbərov 4,77 milyard dollar İTİRİB
Rusiyalı milyarderlərin sərvəti ilin əvvəlindən indiyəqədərki dövrdə 31,81 milyard dollar azalıb.
Bu barədə “Bloomberg” məlumat yayımlayıb
Məlumata görə, rusiyalı milyarderlər arasında ən böyük itkiyə Leonid Mixelson məruz qalıb. Mixelsonun 5,76 milyard dollar itirdiyi açıqlanıb.
“Lukoyl”un rəhbəri Vahid Ələkbərovun itkisi 4,77 milyard dollar təşkil edib. Bununla onun sərvəti 17,5 milyard dollara düşüb.