Urbanizasiyanın dekolonizasiyası şəhərlərə yerli ruhun qaytarılmasıdır – WUF13

Urbanizasiyanın dekolonizasiyası şəhərlərə yerli ruhun qaytarılmasıdır – WUF13

DÜNYA
348

Fins.az - Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq konfransda şəhərsalmanın dekolonizasiyası və gənclərin rolu geniş müzakirə edilib.

Ruandanın “African Youth Leadership Forum” təşkilatının nümayəndəsi Umuhoza Natete Verite çıxışında bildirib ki, bir çox şəhərlər müstəmləkə dövründə formalaşdırılan planlama modelləri əsasında inkişaf edib və bu modellər yerli mədəniyyət, dəyərlər və həyat tərzini tam əks etdirmir.

Onun sözlərinə görə, urbanizasiyanın dekolonizasiyası şəhərlərə yerli kimliyin qaytarılması və şəhər mühitinin icmaların real ehtiyaclarına uyğun formalaşdırılması deməkdir.

Verite vurğulayıb ki, Qlobal Cənub ölkələrində bu dəyişikliklərin əsas hərəkətverici qüvvəsi gənclər olmalıdır, çünki həmin regionlarda əhalinin böyük hissəsini məhz gənclər təşkil edir.

Konfrans iştirakçıları şəhərsalma proseslərində inklüzivlik, mədəni kimliyin qorunması və icma əsaslı yanaşmaların vacibliyini xüsusi qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Urbanizasiyanın dekolonizasiyası şəhərlərə yerli ruhun qaytarılmasıdır – WUF13 — Fins.az — Fins.az