Ukrayna, Yaponiya və UNIDO €100 mln-dan çoxluq layihələr hazırlayır

Ukrayna, Yaponiya və UNIDO €100 mln-dan çoxluq layihələr hazırlayır

DÜNYA
283

Fins.az - Ukrayna, Yaponiya və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) yeni ortaq layihələr hazırlamağa qərar verib. Layihələrin ümumi maliyyə həcmi 100 milyon avrodan çox olacağı gözlənilir.

Bu barədə məlumat Ukrayna İqtisadiyyat, Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin saytında yerləşdirilib. Qərar 16–17 mart tarixlərində Vyanada keçirilmiş Sənaye Siyasəti üzrə Üçtərəfli Dialoqun (TIPD) birinci iclasının nəticələrinə əsasən qəbul olunub.

Layihələrdən biri təxminən 93 milyon avro dəyərində qiymətləndirilir və bu layihə çərçivəsində müəssisələrə qrant dəstəyi göstərilməsi, habelə “yaşıl” texnologiyaların inkişafı nəzərdə tutulur. Bundan əlavə, tərəflər sənaye klasterlərinin yaradılması və texnoloji tərəfdaşlığın genişləndirilməsi istiqamətində təşəbbüsləri də müzakirə edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ukrayna, Yaponiya və UNIDO €100 mln-dan çoxluq layihələr hazırlayır — Fins.az — Fins.az