
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurduğunu açıqlayıb
Fins.az - Ukraynanın Müdafiə Qüvvələri Rusiyanın Qara dənizdə yerləşən “kölgə donanması”na aid tankeri hədəfə alıb.
Məlumata görə, əməliyyat nəticəsində həmçinin iki avtomobil körpüsü və bir neçə komanda məntəqəsi vurulub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahınin Telegram kanalında yayılan açıqlamaya əsasən, zərbələr iyunun 16-dan 17-nə keçən gecə həyata keçirilib.