Ukrayna və Almaniya 4 milyard avroluq müdafiə əməkdaşlıq paketi razılaşdırıb

Ukrayna və Almaniya 4 milyard avroluq müdafiə əməkdaşlıq paketi razılaşdırıb

DÜNYA
373

Fins.az - Ukrayna və Almaniya arasında ümumi dəyəri 4 milyard avro olan geniş müdafiə və əməkdaşlıq paketi razılaşdırılıb.

Ukrayna müdafiə naziri Mixail Fedorovun məlumatına görə, Berlinlə aparılan danışıqlar nəticəsində hava hücumundan müdafiə, uzaqmənzilli imkanların inkişafı və dron istehsalı sahələrini əhatə edən bir sıra razılaşmalar əldə edilib.

Paket çərçivəsində Almaniyanın “Patriot” sistemləri üçün bir neçə yüz raketin maliyyələşdirilməsi, 36 “IRIS-T” buraxılış qurğusunun tədarükü və Ukraynanın müdafiə sənayesinin gücləndirilməsi üçün 300 milyon avroluq investisiya nəzərdə tutulur.

Tərəflər bu addımların Ukraynanın hava hücumundan müdafiə sisteminin və ümumi hərbi imkanlarının gücləndirilməsinə xidmət edəcəyini bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ukrayna və Almaniya 4 milyard avroluq müdafiə əməkdaşlıq paketi razılaşdırıb — Fins.az — Fins.az