
“UFC Fight Night Baku” turnirinin əsas döyüşləri açıqlanıb
Fins.az - Azərbaycanda keçiriləcək UFC Fight Night Baku turnirinin əsas döyüş kartı açıqlanıb.
Təşkilatçı Bakı Şəhər Halqasının məlumatına görə, gecənin əsas qarşılaşmasında azərbaycanlı döyüşçü Rafael Fiziev yüngül çəki dərəcəsində meksikalı Manuel Torres ilə beş raundlu döyüşdə üz-üzə gələcək.
Turnirin ikinci əsas qarşılaşmasında isə orta çəki üzrə Sharabutdin Magomedov braziliyalı Michel Pereira ilə qarşılaşacaq.
Döyüş gecəsi iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Biletlərin satışa tezliklə çıxarılacağı bildirilib.