Uber Münhendə pilotsuz taksiləri sınaqdan keçirəcək

Uber Münhendə pilotsuz taksiləri sınaqdan keçirəcək

DÜNYA
209

Fins.az - Uber Almaniyanın Münhen şəhərində pilotsuz taksilərin sınaqlarına başlamağı planlaşdırdığını açıqlayıb.

Şirkət bu layihə çərçivəsində İsrailin süni intellekt sahəsində fəaliyyət göstərən texnologiya şirkəti ilə əməkdaşlıq edir. Birgə hazırlanan proqram təminatı avtomobillərə ətraf mühiti təhlil etməyə, riskləri qiymətləndirməyə və real vaxt rejimində qərarlar qəbul etməyə imkan verəcək.

Məlumata görə, sistem bir deyil, bir neçə süni intellekt agentinin qarşılıqlı fəaliyyəti əsasında işləyəcək.

Texnologiya avtomatlaşdırılmış idarəetmə həllərinin hazırlanması üçün nəzərdə tutulmuş xüsusi platforma üzərində qurulacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Uber Münhendə pilotsuz taksiləri sınaqdan keçirəcək — Fins.az — Fins.az