Türkiyənin Rusiyaya hazır geyim məhsulları ixracı artıb

Türkiyənin Rusiyaya hazır geyim məhsulları ixracı artıb

DÜNYA
903

Türkiyə 2023-cü ilin yanvar-iyul aylarında Rusiyaya hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 131,2 faiz artıraraq, 353,5 milyard dollara çatdırıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Rusiyaya hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 74,1 faiz artıraraq 40,1 milyard dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq, 11,5 milyard dollara çatıb.

Bu ilin iyul ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,9 faiz azdır.

Son 12 ay ərzində (iyul 2022-iyul 2023) Türkiyə 20,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyənin Rusiyaya hazır geyim məhsulları ixracı artıb — Fins.az — Fins.az