
Türkiyənin ilk yerli rabitə peyki 192 milyon kilometrdən çox yol qət edib
Fins.az - Türkiyənin ilk yerli rabitə peyki “Türksat 6A” kosmosa buraxıldığı 2024-cü il iyulun 9-dan indiyədək 192 milyon kilometrdən çox məsafə qət edib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun sözlərinə görə, peyk 2025-ci ilin aprel ayından kommersiya xidmətinə başlayıb və hazırda fasiləsiz fəaliyyət göstərir. Nazir bildirib ki, bu layihə ölkənin kosmik imkanlarını gücləndirir, eyni zamanda “Türksat 7A” peyki üzərində işlər də davam etdirilir.