Türkiyədə uşaqlar üçün məhdudiyyətli SIM-kartların tətbiqi müzakirə olunur

Türkiyədə uşaqlar üçün məhdudiyyətli SIM-kartların tətbiqi müzakirə olunur

DÜNYA
267

Fins.az - Türkiyədə uşaqlar və yeniyetmələr üçün xüsusi SIM-kartların tətbiqi planlaşdırılır.

Məlumata görə, bu kartlarda məzmun məhdudiyyətləri olacaq və xüsusilə onlayn oyunlara çıxış bloklana bilər. Tədbir məktəblərdə baş verən silahlı insidentlər fonunda gündəmə gəlib.

Bildirilir ki, təşəbbüs çərçivəsində uşaqların internetdə zorakılıq məzmununa çıxışının məhdudlaşdırılması və onların təhlükəsizliyinin artırılması hədəflənir.

Araşdırmalarda bəzi hallarda yeniyetmələrin zorakılıq yönümlü oyunlardan təsirləndiyi və onlayn platformalarda tanımadıqları şəxslərlə əlaqə saxladığı iddia edilir. Bu səbəbdən yeni nəzarət mexanizmlərinin tətbiqi müzakirə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə uşaqlar üçün məhdudiyyətli SIM-kartların tətbiqi müzakirə olunur — Fins.az — Fins.az