
Türkiyədə türk dünyasına həsr olunmuş təhsil layihəsinə start verilib
Fins.az - Ankarada, Hacı Bayram Veli Universitetinin bazasında “Türk Dövlətləri Assambleyası Modelinin Simulyasiyası” (TÜRKAS) adlı seminar keçirilir.
Layihə türk dünyası ilə bağlı biliklərin artırılması və gənclər arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır.
Seminar Dil Tədrisi, Araşdırma və Təcrübə Mərkəzi, Türkologiya və Türk Dünyası Araşdırmaları mərkəzləri, Yunus Emre İnstitutu və Həsən Əli Yücel Sosial Elmlər Liseyinin əməkdaşlığı çərçivəsində təşkil olunub.
Tədbir iştirakçılarına türk dövlətləri arasında əməkdaşlıq, ortaq tarix, mədəniyyət və beynəlxalq münasibətlər sahəsində praktiki biliklər qazandırmağı hədəfləyir.