Türkiyədə sənaye sektorunda rekord göstəricilər qeydə alınıb

Türkiyədə sənaye sektorunda rekord göstəricilər qeydə alınıb

DÜNYA
6

Fins.az - Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ölkənin sənaye sektorunda son illərin ən yüksək göstəricilərinin əldə olunduğunu bildirib.

Nazirin sözlərinə görə, son 23 il ərzində Türkiyənin ixrac həcmi 36 milyard ABŞ dollarından 276 milyard ABŞ dollarına yüksəlib.

O qeyd edib ki, Türkiyə güclü istehsal potensialı sayəsində qlobal təchizat zəncirlərinin etibarlı və dayanıqlı iştirakçısına çevrilib.

Bildirilib ki, sənaye sektorunun inkişafı nəticəsində ölkədə avtomobil istehsalı da əhəmiyyətli dərəcədə artıb. Belə ki, illik avtomobil istehsalı 357 min ədəddən 1,5 milyon ədədə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə sənaye sektorunda rekord göstəricilər qeydə alınıb — Fins.az — Fins.az