Türkiyədə rus turistlər üçün SBP vasitəsilə ödəniş sistemi işə düşüb

Türkiyədə rus turistlər üçün SBP vasitəsilə ödəniş sistemi işə düşüb

DÜNYA
445

Fins.az - Türkiyədə Rusiya banklarının tətbiqləri vasitəsilə Sürətli Ödənişlər Sistemi (SBP) ilə alış-veriş ödənişləri mümkün olub.

Məlumata görə, rus turistlər artıq kart və nağd pul əvəzinə birbaşa öz bank tətbiqləri üzərindən SBP ilə ödəniş edə bilirlər. Bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

Yeni sistemdən apteklər, optika salonları, ərzaq və şirniyyat mağazaları, suvenir dükanları, tekstil mərkəzləri, həmçinin restoran və barlarda istifadə etmək mümkündür.

Qeyd olunur ki, bu addım Türkiyədə rus turistlər üçün nağdsız ödəniş imkanlarını genişləndirir və alış-verişi daha rahat edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə rus turistlər üçün SBP vasitəsilə ödəniş sistemi işə düşüb — Fins.az — Fins.az