Türkiyədə pərakəndə satışlarda 21 ayda ən sürətli artım müşahidə olunub

Türkiyədə pərakəndə satışlarda 21 ayda ən sürətli artım müşahidə olunub

DÜNYA
1,118

TÜİK məlumatlarına görə, sabit qiymətlərlə pərakəndə satış həcmi 2023-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayına nisbətən  33,9 % artıb.

Beləliklə, 2021-ci ilin aprel ayından bəri pərakəndə satışlarda ən sürətli illik artım müşahidə edilib.

Bu barədə Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir.

Eyni ayda qida, içki və tütün satışı  24,4% , qeyri-ərzaq məhsullarının satışı (avtomobil yanacağı istisna olmaqla)  42,4%, avtomobil yanacağı satışı isə  23,6% artıb.

Zəminə Hüseyn
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə pərakəndə satışlarda 21 ayda ən sürətli artım müşahidə olunub — Fins.az — Fins.az