Türkiyədə onlayn ticarət bir ildə 50%-dən çox artıb

Türkiyədə onlayn ticarət bir ildə 50%-dən çox artıb

DÜNYA
438

Fins.az - Türkiyədə onlayn ticarət sürətlə genişlənməyə davam edir. Son statistikaya görə, ölkədə elektron ticarətin ümumi həcmi 4,5 trilyon lirəni ötüb və bu göstərici ötən illə müqayisədə 52,2 faiz artım deməkdir.

Məlumatı Ankarada “Türkiyədə elektron ticarətin icmalı” hesabatının təqdimatında ticarət naziri Ömer Bolat açıqlayıb.

Nazirin sözlərinə görə, 2019-cu ildə 23,9 milyard dollar olan e-ticarət dövriyyəsi 2025-ci ildə 115,4 milyard dollara yüksəlib. Bu isə dollar ifadəsində 382 faizlik artım deməkdir.

Rəqəmlər ölkədə rəqəmsal ticarətin iqtisadiyyatda getdikcə daha böyük paya sahib olduğunu göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə onlayn ticarət bir ildə 50%-dən çox artıb — Fins.az — Fins.az