Türkiyədə K2 kamikadze dronunun uçuş sınaqları uğurla başa çatıb

Türkiyədə K2 kamikadze dronunun uçuş sınaqları uğurla başa çatıb

DÜNYA
369

Fins.az - Türkiyənin aparıcı pilotsuz uçuş aparatı istehsalçısı Baykar öz sinfində ən böyük kamikadze dronlarından biri olan K2 modelini hazırlayıb. İlk beş prototip uçuş sınaqlarını uğurla başa vurub.

Süni intellektlə təchiz olunmuş yeni pilotsuz aparat sürü rejimində də fəaliyyət göstərə bilir. Bu taktika hava hücumundan müdafiə sistemlərini aşmaq üçün eyni vaxtda bir neçə drondan istifadəni nəzərdə tutur.

K2 kamikadze dronunun maksimal uçuş çəkisi 800 kiloqramdır. Aparat 75 kiloqrama qədər döyüş hissəsini 2 min kilometrdən çox məsafəyə daşıya bilir. Onun maksimal sürəti saatda 200 kilometrdir və ən azı 13 saat havada qala bilir.

Dronun əsas üstünlüklərindən biri elektron müharibə sistemlərinə qarşı yüksək davamlılığı və qlobal naviqasiya peyk sisteminə (GNSS) çıxış olmadan da fəaliyyət göstərə bilməsidir.

Yeni pilotsuz aparatın sınaqları Egey dənizinin şimalındakı Saros körfəzində aparılıb. Baykar şirkəti gələcəkdə K2 hücum dronunun təkrar istifadə edilə bilən versiyasını da hazırlamağı planlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə K2 kamikadze dronunun uçuş sınaqları uğurla başa çatıb — Fins.az — Fins.az