Türkiyədə benzinin qiyməti artıb

Türkiyədə benzinin qiyməti artıb

DÜNYA
1,266

Türkiyədə benzinin litr qiyməti bu gündən etibarən 2 lirə 11 kuruş artıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, benzinin qiyməti son artımla 26 lirəni keçib.

Bahalaşmadan sonra benzinin litr qiyməti İstanbulun Avropa hissəsində 26,19 lirə, Ankarada 26,64 lirə, İzmirdə 26,68 lirə, Adanada 27,06 lirə, Bursada 26,67 lirə, Diyarbəkirdə isə orta hesabla 23,3 lirə təşkil edib.

Beləliklə, benzinin qiyməti 1 ildən sonra ilk dəfə 26 lirəni keçib.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyədə benzinin qiyməti artıb — Fins.az — Fins.az