
Türkiyədə Avropa Parlamentinə qarşı ikili standart tənqidləri güclənir
Fins.az - Türkiyədə Avropa Parlamentinin mövqeyi, xüsusilə Kipr məsələsi ilə bağlı çıxışları tənqid olunmağa davam edir.
Hulusi Akar Avropa Parlamentində faktların təhrif edildiyini bildirərək, yunan Kiprində Türkiyə bayrağının yandırılması hadisəsinə verilən reaksiyanı “yolverilməz” adlandırıb.
Onun sözlərinə görə, beynəlxalq platformalarda qərəzli yanaşmalar qəbul edilə bilməz və bu cür mövqelər regionda gərginliyi daha da artırır.
Akar vurğulayıb ki, Türkiyə Kiprdə işğalçı deyil, qarant dövlətdir və adadakı türk icmasının hüquqlarının qorunması prioritet olaraq qalır.