
Türkiyə TDT-nin Rəqəmsal İqtisadiyyat Sazişini təsdiq edib
Fins.az - Türkiyə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlıq haqqında sazişi təsdiq edib.
Qanun “Rəsmi qəzet”də dərc olunub və saziş 2024-cü il noyabrın 6-da Bişkekdə imzalanıb.
Sənəd rəqəmsal infrastrukturun genişləndirilməsi, elektron ödənişlərin inkişafı, innovativ texnologiyaların tətbiqi və qarşılıqlı ticarətin artırılması istiqamətində əməkdaşlığı nəzərdə tutur.
Təşəbbüs Türk Dövlətləri Təşkilatı çərçivəsində rəqəmsal iqtisadi inteqrasiyanın gücləndirilməsinə xidmət edir.